Bir aya yaxındır ki, respublikamızda koronavirusa yoluxanların sayında azalma, sağalanların sayında isə artım müşahidə olunur. Elə bu səbəbdəndir ki, sabahdan bir sıra qadağalar ləğv olunur və bəzi yumşalmalar tətbiq ediləcək.
Qərara əsasən, şəhər və rayonlararası ictimai nəqliyyatın hərəkətinə icazə verilir. Bundan başqa, insanlar açıq havada tibbi maskadan istifadə etməyə bilər
Bir ildən artıqdır ki, koronavirus adlı kabus insanların sağlamlığına sözün həqiqi mənasında qənim kəsilib. Ölüm hallarının minimuma enməsi, müalicələrin effektiv olması üçün ölkədə sərt qadağalar tətbiq olundu, peyvəndlər vurulmağa başlandı.
Həkimlər isə sakinləri öncədən xəbərdarlıq edir. "Maska taxmaq dönəmi bitdi" deyib, özünüzü təhlükəyə atmayın. Tətbiq olunan güzəştlər arxayınlıqlar yaratmamalıdır.
İstənilən nəticəni əldə etmək və uğurlu sona çatmaq üçün həm özümüzü, həm də yaxınlarımızı qorumaqdan vaz keçməməliyik. Verilən tövsiyyələrə əməl etməklə buna nail olmaq mümkündür.
Elnur Vahidoğlu
- Baxış: 436