• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1572
— 29.05.2021 20:29

Kiçik çavuş- Samir Məmmədov

KepezTV Player

Kiçik çavuş Samir Məmmədov...Vətən müharibəsində Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 12-də Füzulidə şəhid olub. Çəkiliş qrupumuz Göygöldə igidimizin ailəsində olub. Hazırladığımız reportajı gətirək ekranlara

Azərbaycan Ordusunun kiçik çavuşu olan Samir Məmmədov 1986-cı ildə dünyaya göz açıb. Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 12-də Füzulidə şəhid olub. Çoxuşaqlı ailə olan Məmmədovlar ailəsi bu müharibədə qəhrəmancasına iştirak edib və qalib xalqın nümayəndələri olublar.

Sahilə Məmmədova şəhidin bacısı: Bir qardaşım şəhiddir. Digər iki qardaşım hərbiçi. Bir qardaşım Aprel döyüşlərində iştirak edib. Biri indi Laçındadır.

Məmmədovlar ailəsi Doğma Qarabağ torpağı uğrunda, 30 il müddətinə 5 şəhid veriblər. Bəli, canı ilə, qanı ilə tarix yazan 5 igid....

Novruz Məmmədov şəhidin əmisi: Bizim nəsil 5 şəhid verib. Özüm iştirak eləmişəm.

Kiçik çavuş olan qəhrəmanımız, aprel döyüşləri zamanı, düşmənə qan udduran igidlərimizdən olub. Bu gün onunla ailəsi, qohumları bütün Azərbaycan qürur duyur.

Laləzar Məmmədova şəhidin anası: Aprel döyüşlərində bayraq asılanda balam orda idi

Bu gün şəhiddən geriyə, Azrərbaycan xalqına əmanət olunan 2 gül bala qalıb. 9 və 6 yaşları olan şəhid övladları, haqqlı olaraq ataları ilə qürur duyurlar. Çəkiliş etdiyimiz zaman məktəbdə olsalar da, nənə və babasının onlar haqqında danışdıqları, necə vətənpərvər uşaq olduqlarını deməyə əsas verir.

Ramilə Məmmədova şəhidin bacısı: uşağına toy eləmək istəyirdi. Arzuları çox idi. Vətəni üstün tutdu

Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən Samir Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" və " Vətən uğrunda" medalları ilə təltif olunub. Məzarında rahat uyu şəhidim, uğrunda can verdiyin torpaqlar yağı düşməndən təmizlənib.

Nərgiz Əhmədqızı