KepezTV Player
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və şəhər rəsmiləri Gəncənin bir sıra ərazilərində gedən abadlıq-quruculuq işləri ilə tanış olublar. Şəhər rəhbəri ilk olaraq Gülüstan qəsəbəsində yerləşən İstiqlal parkında şəhidlərin xatirəsinə abidə kompleksinin tikildiyi yerə gəlib. Ətraf ərazidə fasadı, eləcə də blokları yenilənən binalara baxış keçirib. Burada yaşayan sakinlər yenidənqurma işləri ilə bağlı şəhər rəhbərinə minnətdarlıqlarını bildiriblər. Son olaraq icra başçısı İsmət Qayıbov küçəsində həyata keçirilən abadlıq işləri ilə tanış olub. Burada yol asvaltlanıb, səkilərdə piyadaların hərəkəti üçün normal şərait yaradılıb. Çatışmazlıqların aradan qaldırılması istiqamətində göstərişlər verilib.
- Baxış: 385