• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1120
— 23.05.2021 18:42

Türkiyə Milli Müdafiə Nazirliyi FHN-ə minaaxtaran itlər hədiyyə edib

KepezTV Player

Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it təmənnasız olaraq hədiyyə edilib. İtlərin ölkəmizə gətirilməsi, həmçinin müvafiq sahədə bilik və bacarıqlarının artırılması məqsədilə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taborunun 10 nəfərdən ibarət təlimatçı kinoloq qrupu hazırda qardaş ölkədə təlim kurslarında iştirak edir. Mart ayında başlamış təlim kursları Türkiyə Milli Müdafiə Nazirliyi Baş Qərargahının Bakı Silahlı Qüvvələr Atteşeliyinin təşkilatçılığı ilə Bursa şəhərində keçirilir. Kurslarda əməkdaşlar FHN-ə hədiyyə edilmiş itlərlə minaların axtarışı və ərazilərin minalardan təmizlənməsi üzrə təlimlər keçirlər. Kinoloqlar təlim kursunu tezliklə başa vurub itlərlə bərabər ölkəmizə dönərək işğaldan azad olunmuş ərazilərimizdə minatəmizləmə əməliyyatlarına cəlb olunacaqlar.