• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2376
— 22.05.2021 16:30

Şəhid hərbçimiz dəfn edilib

KepezTV Player

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Pərviz Güloğlan oğlu Nağıyev Tovuz şəhər qəbiristanlığında dəfn olunub. Murovdağ istiqamətində itkin düşərək sonradan şəhid olduğu bilinən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Pərviz Nağıyev 1991-ci ildə Tovuzun Aşağı Öysüzlü kəndində anadan olub. Şəhid çavuşumuzun 6 və 4 yaşında iki oğlu yadigar qalıb. Dəfn mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər. Şəhidimiz əziz xatirəsinə ehtiram əlaməti olaraq yaylım atəşi açılıb.

Pərviz Nağıyevin tabutunun büküldüyü üçrəngli bayrağımız atasına təqdim edilib.