• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1814
— 22.05.2021 13:03

Nizami Gəncəvi rəssamların gözü ilə

KepezTV Player

Gəncə şəhər Gənclər Evi və Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə rəsm sərgisi təşkil edilib. Tədbir görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunub. Sakinlər tərəfindən şəhərin ən çox ziyarət edilən məkanı olan Xan bağında baş tutan sərgidə Gəncə Şəhər İcra Hakimiyyəti və Türkiyənin Gəncədəki Baş Konsulluğunun nümayəndələri də iştirak ediblər. “Nizami Gəncəvi yaradıcılığı gənclərin gözü ilə” adı altında keçirilən tədbirdə 30-a yaxın gənc rəssam bacarığını nümayiş etdirib. Əl işləri dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığının illüstrasiyalarından ibarət olub. Çəkilən rəsmlər kağız üzərinə sulu boya ilə həkk edilib.