• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 975
— 21.05.2021 12:12

Görkəmli Azərbaycan rəssamı Tahir Salahov vəfat edib

KepezTV Player

SSRİ Xalq artisti, görkəmli Azərbaycan rəssamı Tahir Salahov vəfat edib.Rəssamın qızı Aydan Salahovanın sözlərinə görə, 93 yaşlı rəssam Almaniyada müalicə aldığı klinikada dünyasını dəyişib. Professor Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub. Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyalarının, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvü olan rəssam realist janrının nümayəndəsidir. Onun əl işləri hazırda da yüksək titullara layiq görülərək yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir.