KepezTV Player
Türkiyədə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan bürünc xatirə pulu buraxılıb. Xatirə pulunun ön üzündə Nizami Gəncəvinin portreti, “Azerbaycan Şairi Nizami Gencevi’nin Doğumunun 880. Yılı” yazısı, arxa üzündə isə Nizami Gəncəvinin Gəncədəki məqbərəsi yer alıb. Xatirə pulunun sertifikatında 2021-ci ili böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yubileyi barədə məlumat əks olunub.
- Baxış: 396