Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Polis əməkdaşları daxil olmuş məlumat əsasında rayonun Qaracaəmirli kənd sakini Nicat Hüseynova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlayıb. İstixanaya baxış zamanı oradan 31 ədəd, ümumi çəkisi 14 kq 850 qram olan, çətənə kolu aşkar olunub. Bundan başqa Nicat Hüseynovun yaşadığı fərdi yaşayış evində yardımçı tikilidən qurudulması üçün sərilmiş, 30 ədəd, ümumi çəkisi 3 kq 750 qram olan çətənə kolu tapılıb. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirsə də, digər xüsusatlar da istisna olunmur. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 1036