• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1725
— 14.05.2021 19:37

Gəncə Hava Limanında uçuşlar bərpa olundu

KepezTV Player

Koronavirus pandemiyası səbəbindən işini dayandıran Gəncə Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa edib. Bu gün aeroportdan ilk reys Gəncə-Moskva marşrutu üzrə həyata keçirilib. Rusiya paytaxtına yollanan sərnişinlər hava limanında tibb işçiləri tərəfindən pandemiya qaydalarına uyğun olaraq ara məsafəsi gözlənilməklə müayinə olunublar. Maska və dezinfeksiyaedici vasitələrdən istifadə nəzarətdə saxlanılıb. Gəncə-Moskva reysi həftənin cümə günləri saat 14:30-da yerinə yetirilir. Sabah isə uzun fasilədən sonra İstanbula aviareyslər başlayır. Bu istiqamədə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri saat 8:35-də həyata keçiriləcək. Gəncədən Rusiyanın Sankt-Peterburq şəhəri ilə də aviaəlaqə bərpa olunur. Bu marşrut üzrə təyyarələr hər həftənin çərşənbə axşamı saat 12:05-də havaya qalxacaq. Pandemiya səbəbindən ötən ilin martından Gəncə Beynəlxalq Hava Limanında uçuşlar dayandırılmışdı.