Bu günə xəbərlərin oxunma sayı: 666
—
10.05.2021 17:16
Müxtəlif səviyyəli təmaslar davam etdiriləcək
KepezTV Player
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Dövlət başçıları Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə bir-birini səmimi təbrik edərək vurğulayıblar ki, hər iki ölkədə xilaskar döyüşçülərin şücaəti haqqında xatirə müqəddəs tutulur. Rusiya-Azərbaycan hərtərəfli qarşılıqlı fəaliyyətinin daha da genişləndirilməsi əzmində olduğu təsdiqlənib. Müxtəlif səviyyəli təmasların bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
- Baxış: 387
