• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 902
— 07.05.2021 19:11

Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər açılır

KepezTV Player

Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində mayın 17-dən əyani tədris forması qismən bərpa ediləcək. Gəncədə yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq. Layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində isə həftədə 2 dəfə, ümumi orta əhsil səviyyəsində  həftədə 3 dəfə olmaqla əyani aparılacaq. Kollegiyanın qərarına əsasən, xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa ediləcək.