• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1638
— 07.05.2021 11:50

AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub

KepezTV Player

Bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək AVRO-2020-nin kuboku Bakıya gətirilib. Mayın 7-dən 9-dək Bakıda nümayiş olunacaq kubok Prezident İlham Əliyevə təqdim edilib. UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmüş şəxsin şərəfinə “Anri Delone kuboku” da adlandırılan bu kubok Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagenə aparılacaq. Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.