• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1949
— 06.05.2021 12:33

Bayram günlərində heç bir məhdudiyyət tətbiq olunmayacaq

KepezTV Player

“Pandemiyanın ilk günlərindən bu günə qədər koronavirusa yoluxmanın yaş qruplarında vəziyyət dəyişməyib”. Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyilib ki, ən çox yoluxma qadınlarda rast gəlinir. Rayonlarda bu gün diqqəti cəlb edən heç nə yoxdur, vəziyyət stabildir. Yoluxmaların sayında mərhələli şəkildə enmə müşahidə olunur. Yoluxma əmsalı 10 %-ə yaxınlaşır. Brifinqdə bayram günlərində əlavə məhdudiyyətlərin tətbiq olunub-olunmaması və vaksinasiya prosesindən danışılıb.

Teymur Musayev  səhiyyə nazirinin birinci müavini:“Mayın 10-da 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları vaksinasiya prosesinə qoşula bilərlər. Bu, böyük şansdır”.