• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1778
— 05.05.2021 19:34

Xaricdən gətirilən yeni pambıq sortları yerli iqlimə uyğunlaşdırılır

KepezTV Player

Samuxda Pakistan və Türkiyədən gətirilən yeni pambıq sortlarının yerli iqlimə uyğunlaşdırılması üçün səpin işləri aparılır. Proqnozlar öz nəticəsini verərsə, bu sortların gələcəkdə daha geniş sahələrdə əkilməsi nəzərdə tutulur.

Pakistandan 7, Türkiyədən isə 1 pambıq sortu Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Samux rayonunda yerləşən təcrübə sahəsində yerli iqlimə uyğunlaşdırılmaq üçün əkilir. Bundan öncə həmin sortlar Ucar və Şirvanda əkilib. Əkin iki üsulla aparılır və sonda nəticələr müqayisə ediləcək.

Əkin sahəsi tam aqrotexniki qaydada hazırlanıb. Sahə təmizlənib, mineral gübrələr səpilib, şum aparılıb. Səpin zamanı cərgə arası məsafə 90 sm, bitki arası məsafə isə 10 sm götürülüb

İlkin olaraq hər hektar üçün 50-55 sentner məhsul gözlənilir. Ümumilikdə Respublikada 12 pambıq sortu var, ötən il ölkə üzrə məhsuldarlıq 31 sentner olub.

Elnur Vahidoğlu