• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2066
— 05.05.2021 12:04

Yeni mühəndis texnikasının növbəti hissəsi Türkiyədən Azərbaycana gətirilib

KepezTV Player

Türkiyədən alınan ən müasir mühəndis texnikası və avadanlıqlarının növbəti hissəsi Azərbaycana gətirilib. Azərbaycan Ordusunun işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan mühəndis-istehkam bölmələrinin sərəncamına veriləcək texnika və avadanlıqlardan yolların, yaşayış məntəqələrinin, əkin üçün yararlı sahələrin və digər yerlərin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində istifadə ediləcək.