• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 04.05.2021 20:41

Leyla Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb

KepezTV Player

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Ramazan çadırı”nda Azərbaycan Günü təşkil edilib və iftar süfrəsi açılıb. Gecədə ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan 1000-ə yaxın müsəlman iştirak edib. “Ramazan çadırı”nın təşkilatçıları dini-mənəvi dəyərlərə verdiyi yüksək qiymətə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı təşəkkür məktubu ilə təltif ediblər.

Tədbirdə Azərbaycanda multikulturalizm ənənələrindən bəhs edən film nümayiş etdirilib, dini şeirlər, dini mahnılar ifa olunub.Sonra müsəlmanlar iftarlarını açıb, Azərbaycan milli mətbəxinin təamlarından və şirniyyatlarından dadıblar. Xatırladaq ki,Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, dindarlar üçün iftar süfrəsi açır.