• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1733
— 28.04.2021 15:42

3 avtomobil qaçıran və 1 marketdən oğurluq edənlər saxlanılıblar

KepezTV Player

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində bir neçə gün əvvəl rayon ərazisində yerləşən marketlərin birinin pəncərəsini sındıraraq ora daxil olub obyektdən 834 manatlıq müxtəlif növ tütün və şirniyyat məhsulları, habelə, kassadan 20 manat pul oğurlanmaqda şübhəli bilinən İmişli sakini Zaur Gözəlov saxlanılıb. Gözəlov cari ilin aprel ayında həmyerlisi Şəhriyar Musayevlə birlikdə Nəsimi rayonu ərazisində talama məqsədi olmadan müxtəlif şəxslərə məxsus iki “VAZ 2107” və bir “Ford Transit” markalı nəqliyyat vasitələrini qaçırıb. Musayev də saxlanılaraq istintaqa təqdim edilib. Onların digər analoji cinayətlər etdikləri də istisna olunmur.