• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1845
— 27.04.2021 16:44

61 nəfər şagird birinci sinfə qeydiyyata alındı

KepezTV Player

Azərbaycan bölməsində məktəbəqədər hazırlıq qruplarına cəlb olunmayan uşaqların qeydiyyatı aparılır. Proses mektebeqebul.edu.az elektron portalı vasitəsilə həyata keçilir. Qeydiyyatı apara bilməyən valideynlər üçün Gəncədə bu proses 5 mərkəzdə təşkil edilib və 2 gün davam edəcək. 2021-2022-ci tədris ilində Gəncədə 4200 uşağın birinci sinfə getməsi gözlənilir ki, bunun da artıq 76 faizi, yəni  3181 nəfəri məktəbəqədər qruplarda təhsil alır. Onlardan 2450 nəfər Azərbaycan bölməsində oxuyanlardır.Aprelin 29-dan məktəb və müəllim seçimi ediləcək. Eyni gündən tədrisi digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan  müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək. Müsahibəyə yazılma mərhələsi iyunun 8-də başa çatacaq.

Anar Qədiməliyev Gəncə Şəhər Təhsil İdarəsinin müdiri: Müxtəlif istiqamətlərdə mərkəzlər yaratmışıq. Onlar 25 saylı məktəb, 14, 38, 32 saylı orta məktəb və eyni zamanda təhsil idarəsində fəaliyyət göstərir. Əsas məqsədimiz odur ki, məktəbə qəbul edu az portalından istifadə edə bilmiyən, heç cürə qeydiyyatdan keçə bilmiyən və yaxudda hər hansı bir problemi olan valideynlər həmin məktəblərə yaxınlaşaraq öz problemlərini həll edə bilərlər. Çünki bizim orada nümayəndələr oturub. Onlara xüsusi sistemə giriş icazəsi verilibdir. O girişlə valideynlərin problemlərini həll edə bilər.

Gülnar Hüseynova valideyn:Qızım 32 nömrəli məktəbə birinci sinfə daxil olmağa görə gəldim müraciət elədim. Çox sağ olsunlar rahatlıqla kömək elədilər.

Ləman Rəsulova valideyn:Qızım Rəsuloav Aylini 10 nömrəli orta məkətəbə qəbulunun qeydiyyatını elədilər. Sağ olsunlar, minnətdaram.