• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1743
— 27.04.2021 16:39

Çin təmənnasız 150 min doza vaksin göndərib

KepezTV Player

Çin Azərbaycana təmənnasız olaraq COVID-19 infeksiyası əleyhinə 150 min doza vaksin göndərib. Ölkəmiz COVID-19 ilə mübarizə sahəsində Çin ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək. Bu arada Azərbaycana daha 5 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur.

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanovun sözlərinə görə,bu gün ölkədə vaksin çatışmazlığı yoxdur. Sadəcə olaraq vaksin olunmaq istəyən vətəndaşların sayı azdır. "Hər birimiz insanların vaksinasiyaya cəlb olunması istiqamətində aparılan maarifləndirmə işində fəal iştirak etməliyik. Hazırda Azərbaycanda yaşı 40-dan yuxarı vətəndaşların vaksinasiyası aparılır. Güman edirik ki, yaxın vaxtlarda yaşı 40-dan aşağı vətəndaşların da vaksinasiyasına başlanılacaq” - deyə komitə sədri bildirib.