• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1610
— 25.04.2021 19:22

ABŞ bu yalnış addımın mütləq cəzasını çəkəcək

KepezTV Player

ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” ilə bağlı müraciətdə “soyqırım” ifadəsi işlətməsi tarixi səhv və yanlış addımdır. Bunu "Bu gün"ə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Hazırda ermənistanda hökm sürən siyasi xaos fonunda, 24 aprel fürsətindən istifadə etmək istəyən qüvvələrin olduğunu bildirən Naqif Həmzəyev, bu qüvvələrin müəyyən manipulasiyalardan istifadə etməklə Türkiyə və Azərbaycana təzyiq etmək niyyətində olduqlarını qeyd edib. Millət vəkili əlavə edib ki, istənilən halda unutmamalıyıq ki, qondarma erməni soyqırımının heç bir tarixi əsası yoxdur. Və bu sözün əsl mənasında qondarma bir soyqırımdır.