Gəncə polisi uğurlu əməliyyatlar keçirib. Şəhər ərazisində qadına qarşı soyğunçuluq edən şəxs yaxalanıb. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən keçmiş məhkum da saxlanılıb.
Keçmiş məhkum narkotiklə tutuldu
Aprelin 21-də Gəncə sakini olan qadın Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə müraciət edərək, yaşadığı evin qarşısında, tanımadığı bir şəxsin onu itələyərək yerə yıxdığını və içərisində 100 manat olan pul kisəsini götürərək hadisə yerindən qaçdığını bildirib. Polis əməkdaşları müraciətə dərhal reaksiya veriblər və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus pul kisəsini soyğunçuluq yolu ilə mənimsəməkdə şübhəli bilinən şəxsin şəhər sakini, 33 yaşlı Pərviz İsmayılov olduğu müəyyən edilib. İsmayılov saxlanılaraq istintaqa təhvil verilib.
Nizami RPİ əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Mədət-zadə saxlanılıb.
Hər iki faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
- Baxış: 478