• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1592
— 24.04.2021 11:52

Azərbaycan ictimaiyyətindən Rusiya səfirliyinə müraciət

KepezTV Player

Azərbaycan ictimaiyyətinin nümayəndələri Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət ünvanlayıblar. "Bəzi mənbələrdən alınan məlumata görə, Qarabağda əvvəllər mövcud olmuş, Ermənistan tərəfindən yaradılmış qanunsuz işğalçı rejimin başçısı Araik Arutyunyan Moskvaya dırnaqarası “şəxsi səfər”ə gəlib. O, sərhəddən keçmək üçün mənşə ölkəsi – Azərbaycan tərəfindən verilmiş sənəd təqdim etməlidir. Səfər zamanı bu normalara riayət edilibmi?", - deyə müraciətdə sual olunub. İctimaiyyət nümayəndələri vurğulayıblar ki, Arutyunyanın Moskva səfəri Azərbaycanla Rusiyanın ikitərəfli münasibətlərinin hərfi mənasına və ruhuna açıq-aşkar ziddir. Bu səfər rusiyalı hərbi qulluqçuların Qarabağda həyata keçirdiyi sülhməramlı missiyaya şübhə oyadır.