• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1626
— 24.04.2021 11:49

"ABŞ Prezidenti Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir"

KepezTV Player

ABŞ Prezidenti Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir. Bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun ABŞ-ın “Defense One” mətbuat orqanında Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsindən bəhs edən məqaləsində qeyd edib. Bildirib ki, Azərbaycan və Ermənistanın Vətən Müharibəsindən sonra razılıq əldə etməsindən aylar keçməsinə baxmayaraq, Ermənistan tərəfi azad olunmuş ərazilərimizdə yerləşdirdiyi minlararın xəritəsini təqdim etməkdən boyun qaçırmaqla baş verən ölüm hallarında günahsız vətəndaşları ittiham etməyə davam edir.