• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 982
— 23.04.2021 18:58

Daha bir həkim rüşvətə görə həbs edilib

KepezTV Player

Sabirabad rayonu, Suqovuşan kənd sakininin koronavirus infeksiyasına yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan qohumunun Rayon Mərkəzi Xəstəxanasının Fazil adlı həkimi tərəfindən xəstəxanaya yerləşdirilməsi müqabilində 1000 ABŞ dolları məbləğində pul alması barədə rayon prokurorluğuna müraciəti daxil olub. Araşdırmalarla müəyyən edilib ki, Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Fazil Əliyev COVİD-19a yoluxmuş şəxsin qohumundan qeyd edilən xəstəxanaya yerləşdirilərək müalicə olunması üçün 1000 ABŞ dolları məbləğində pul vəsaitini rüşvət qismində alıb, sonradan isə həmin xəstə müalicə olunduğu xəstəxanada vəfat edib. Toplanan material üzrə fakta görə cinayət işi başlanıb, Fazil Əliyev şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.