• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 680
— 21.04.2021 15:35

Selfi çəkdirərkən kanala düşdü, meyiti indi tapıldı

KepezTV Player

Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 14 yaşlı Murad Quliyevin axtarışları başa çatıb.Yeniyetmənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Məlumata görə, Quliyev digər uşaqlarla birgə su kanalına selfi çəkdirməyə gedibmiş. Həmin vaxt onun ayağı sürüşüb, kanala yıxılaraq batıb.