• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1971
— 09.04.2021 15:39

Sosial şəbəkədə tanış olduğu qadını şantaj edən şəxs yaxalandı

KepezTV Player

Lənkəran polisi sosial şəbəkədə tanış olduğu qadınları şantaj edən şəxsi yaxalayıb. Rayon sakini olan bir qadın Polis Şöbəsinə müraciət edərək sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin onun şəkillərini yayacağı və barəsində rüsvayedici məlumatlar paylaşacağı ilə hədələyərək ondan pul tələb etdiyini bildirib. Həmin şəxs müəyyən edilərək saxlanılıb. Onun Masallı rayon sakini Elvin Eyvazov olduğu aydınlaşıb. Eyvazov özünü xanım kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu qadından 100 manat aldığını, daha sonra isə eyni məzmunlu tələbləri təkrarladığını etiraf edib. Ətrafında aparılan araşdırmalarla həmin şəxsin Astara rayon sakini olan başqa bir qadını da eyni üsulla hədələyərək pul tələb etdiyi məlum olub.