• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2154
— 07.04.2021 16:11

Gəncə sakinində silah və narkotik aşkarlanıb

KepezTV Player

Gəncə Polisi qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, şəhər sakini Seymur Quluzadəni saxlayıb. Onun üzərindən çəkisi 1.60 qram “tiryək” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Quluzadənin şəhər ərazisindəki fərdi yaşayış evinə baxış keçirilib. Oradan tüfəng və sellofan torbada çəkisi 38.35 qram narkotik vasitə olan “tiryək” aşkar olunub.