KepezTV Player
Azərbaycan Mərkəzi Bankı Vətən müharibəsi ilə bağlı silsilə xatirə pul nişanlarının tədavülə buraxılmasını planlaşdırır. Pul nişanları rəşadətli ordumuzun Qarabağın azadlığı uğrunda apardığı və zəfərlə başa vurduğu Vətən müharibəsinin yaddaşlara həkk olunması, müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və işğaldan azad edilmiş şəhər və rayonlarımızın tarixinin, milli və mədəni irsinin, flora və faunasının tərənnüm edilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə tədavülə buraxılacaq. Bankdan verilən məlumatda belə qeyd edilib.
- Baxış: 206