KepezTV Player
5 apredə Koreyadan “AstraZeneca” Şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi Azərbaycana göndəriləcək: “Vaksinin təqribən 5-6 gün ərzində ölkəyə gətirilməsi təmin olunacaq. Eləcə də, 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq”.
Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansının baş meneceri Rozi Qrivs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevlə onlayn formatda görüş zamanı belə deyib. Ümumilikdə “AstraZeneca” Şirkətinə məxsus 432 000 doza vaksinin mayın sonuna qədər Azərbaycana idxalı nəzərdə tutulub.
- Baxış: 212