Vaksin vurdursan belə, COVİD-19 virusunu daşıya bilərsən, belə şəxslər özləri üçün təhlükə yaratmasalar belə, ətrafdakılar üçün təhlükə yarada bilərlər. Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyevin sözlərinə görə, vaksin vurdurub-vurdurmamasından, xəstəlik keçirib-keçirməməsindən asılı olmayaraq, tibbi maskadan istifadə edilməldiir və o, bizim gündəlik həyatımızda norma olmalıdır. Professor hesab edir ki, hər kəs maskanı davamlı olaraq istifadə edərsə, sərt karantin qaydalarının tətbiqinə də ehtiyac qalmaz. "Bu gün tələb olunan budur ki, maskadan istifadə edilsin, əllər mütəmadi yuyulsun. Maska da qısa müddətdə istifadə edilməli, daha sonra atılmalıdır. Əgər bir maska uzun müddət istifadə olunarsa, hava-damcı yolu ilə yayılan infeksiyalar maskanın üzərinə çökə bilər və siz də onu qəbul edə bilərsiniz. Bu halda sizin infeksiyalara yoluxma imkanınız ola bilər" - deyə professor qeyd edib.
- Baxış: 263