• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1221
— 29.03.2021 12:20

Tovuzda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb

KepezTV Player

Tovuz rayon Polis Şöbəsinə rayonun İbrahimhacılı kəndində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə şənliyin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə kəsilib.***

 Davam etdirilən tədbirlərlə rayon ərazisində də karantin qaydalarına zidd olaraq toy mərasimi keçirilməsi aşkar edilib. RPŞ əməkdaşları dərhal həmin yerə gələrək mərasim iştirakçılarını qanunla müəyyən edilmiş qaydada şöbəyə gətirib. Həmin şəxslərə bir daha koronovirus infeksiyası barədə məlumat verilərək bu tip addımlarla həm özlərinin, həm digərlərinin həyatlarının təhlükəyə atılması xatırladılıb. Bununla bərabər mərasim iştirakçıları barədə inzibati tədbir görülüb. Daha bir toy mərasimi isə rayonun Qədirli kəndində aşkar olunub. Qanunamüvafiq tədbir görülüb, iştirakçılar inzibati məsuliyyətə cəlb edilib.