Yaponiya postpandemiyada dövründə Gəncədə bir çox layihələr həyata keçirməkdə maraqlıdır. Planlaşdırılan tədbirlər müxtəlif sahələri üzrədir. Bunlar arasında idmanla bağlı layihələr xüsusi yer tutur.
Pandemiyadan əvvəlki illərdə Yaponiya höküməti tərəfindən Azərbaycanın regionlarında qrant yardımları çərçivəsində 250-yə yaxın layihə reallaşıb. Bu layihələr Gəncədə idman və səhiyyə müəssisələrini əhatə edib. Gündoğar ölkənin dəstəyi ilə Nizami yurdunda idman məktəblərinin birində şərq əlbəyaxa döyüş növləri zalı təmir olunaraq yenidən qurulub, cüdo üzrə ənənəvi “Yaponiya Səfiri” kuboku keçirilib.
Cüniçi Vada Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri: “Gəncədə Yaponiya döyüş sənəti olan cüdo, karate və aykido inkişaf edib. Yaponiya hökuməti olaraq bu vaxta qədər şəhərinizdə idman zallarının bərpasına və texniki avadanlıqların təminatına dəstək olmuşuq. Bundan sonra da eyni qaydada dəstək verməyi düşünürük. Gələn il Yaponiya ilə Azərbaycan arasında diplomotik münasibətlərin qurulmasının 30 ili tamam olacaq. Bununla bağlı dostluq çərçivəsində Gəncə ilə müxtəlif sahələrdə mübadilələrin aparılmasını düşünürük. Budo döyüş sənəti üzrə hər hansı bir tədbirin keçirilməsi də mümkündür”.
Səfir Tokioda idmançılarımızdan uğur gözləyir
Yaponiyalı diplomat Tokioda keçiriləcək olimpiya oyunlarında Azərbaycan idmançılarının cüdo və karate yarışlarında böyük heyətlə iştirak edəcəyinə və nailiyyətlər qazanacağına da ümidlidir.
Cüniçi Vada Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri: “Azərbaycan idmançıları müxtəlif səviyyəli nüfuzlu yarışlarda bir qayda olaraq uğurla mübarizə apararaq medallar qazanıblar. Elə olimpiya oyunlarında bunu görmüşük. İdmançılarınız Yaponiya idman növü olan cüdodan da mükafatlara layiq görülüblər. İnanıram ki, Tokio olimpiadasında da bu, belə olacaq. Şəxsən cüdo, karate və digər döyüş növlərində medalların qazanılmasını çox istəyirəm”.
Olimpiya oyunlarında cüdo yarışları üçün vəsiqə reytinqə əsasən verildiyindən lisenziya turnirlərinin sonunu gözləmək lazımdı. Karatedə isə artıq iki lisenziyamız var. Rafael Ağayev və İrina Zaretska Tokio-2020-yə bilet sifariş veriblər.
- Baxış: 462