• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1278
— 26.03.2021 17:50

Millət vəkili idmana "yaşıl işıq" istəyir

KepezTV Player

Koronavirus bu gün bir çox sahələrə çox böyük mənfi təsirlər göstərir. COVİD-19 pandemiyasının zərər vurduğu sahələrdən danışarkən idmanı qeyd etməmək düzgün olmazdı. Planetin ən mötəbər idman yarışı olan Olimpiya Oyunları, dünya, Avropa çempionatları və bir sıra nüfuzlu beynəlxalq yarışlar məhz koronavirus pandemiyası səbəbindən ya ləğv olunub, ya da başqa tarixə təxirə salınıb.

Koronavirusa görə təkcə yarışlar deyil, məşqlər də dayandırılıb. Bu isə idman sahəsində çalışanları narahat edən məqamlardandır. Millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov idmana yaşıl işıq yandırılmasının tərəfdarıdır.

Zallarının açılması təşəbbüsü ilə çıxış edən millət vəkili bu yöndə təkliflərini də dilə gətirir.

Hazırda ölkəmizdə futbol üzrə müntəzəm çempionatların - Premyer Liqa və I Divizion yarışlarının keçirilməsinə icazə var. Digər idman növləri üzrə bütün turnirlər isə ləğv olunub.

Zalların açılması, idmançıların məşq keçməsi Gənclər və İdman Nazirliyinin icazəsindən yox, pandemiya şəraitinə görə Operativ Qərargahın verdiyi qərarlardan asılıdır. Bununla bağlı nazirlik tərəfindən müxtəlif təkliflər verilib.

İndiki vəziyyətdə pandemiyaya görə Azərbaycanda yalnız olimpiya idman növləri üzrə yığma komandaların xüsusi icazə ilə qapalı şəraitdə məşqləri davam etdirməsinə imkan yaradılıb.