• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1224
— 26.03.2021 15:53

Qaxda heyvanlarla rəhmsiz rəftar edən ərəb turistlər cərimələniblər

KepezTV Player

Bir neçə gündür sosial şəbəkələrdə, mətbuatda Qax rayonunun Acınohur ərazisində ərəb turistlər tərəfindən qanunsuz ov hallarına yol verilməsi, heyvanlarla rəhimsiz rəftarla bağlı görüntülər yayılıb. Həmin görüntülərə Ekologiya Nazirliyindən münasibət bildirilib. Qeyd olunub ki, yayılan görüntülərin heç də hər biri real deyil və bəziləri əvvəlki illərdə çəkilib. Amma araşdırmalarla bəzi faktlar öz təsdiqini tapıb və iki ərəb turist 4 min manat civarında cərimələnib.