KepezTV Player
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri- Elcan Hüseynov, Röyal Həsənov və yetkinlik yaşına çatmayan digər bir rayon sakini saxlanılıb. Araşdırma zamanı məlum olub ki, onlar martın 9-da evlərin birinə qeyri-qanuni yola daxil olaraq oradan televizor oğurlayaraq satıblar. Davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə həmin şəxslərin daha bir evdən televizor, kompüter, 500 manat nağd pul və digər qızıl-zinət əşyalarını oğurlayaraq satması məlum olub. Şübhəli şəxslər maddi-sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 526