Apreldə keçirilməsi nəzərdə tutulan imtahanların qrafiki açıqlanıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə bu il də imtahanlar müxtəlif şəhər və rayonlara bölünməklə hər həftə 2 gün olmaqla 3 həftə ərzində keçiriləcək. **Qərb bölgəsində aprelin 15-də Gəncənin Kəpəz rayonu və Qazax şagirdləri, ayın 16-da Gəncənin Nizami rayonu və Ağstafa, aprelin 22-də Goranboy, Naftalan, 29-da Göygöl, Şəmkir, 30-da isə Samux, Daşkəsən, Tovuz və Gədəbəy rayonlarının şagirdləri tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları verəcəklər. **Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu və əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının I mərhələsinin vaxtı barədə mart ayının sonlarında məlumat veriləcək.
- Baxış: 361