KepezTV Player
Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Yevlax stansiya Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus yüksək gərginlikli elektrik keçiricilərini oğurlayan şəxslər saxlanılıb.Yevlax şəhər sakinləri, əvvəllər məhkum edilmişlər Azad Hüseynov və Dilqəm Abdullayev maddi sübutlarla birlikdə yaxalanıb. Araşdırmalarla onların 100 metr uzunluğunda dövlət əmlakı olan tağları oğurlamaqla 1520 manat dəyərində ziyan vurduqları müəyyən edilib. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 616