KepezTV Player
Tovuzda sahibsiz itlər rayon sakininə məxsus heyvan sürüsünə hücum edib. Hadisə Yuxarı Mülkülü kəndində qeydə alınıb. Yerli sakin Fərzalı Süleymanov otlaq sahəsində heyvan otararkən xirdabuynuzlular qəfildən itlərin hücumuna məruz qalıb. Nəticədə 4 qoyun tələf olub, digərləri yaralanıb. Rayon Baytarlıq İdarəsinin əməkdaşları yaralı heyvanları müayinəyə götürüblər. Sakinlər bildirirlər ki, heyvanlar kənd ərazisində tez-tez sahibsiz itlərin hücumuna məruz qalır.
- Baxış: 521