• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1088
— 08.03.2021 16:01

BMT-də Azərbaycanın maraqlarına cavab verən bəyannamə qəbul olunub

KepezTV Player

Yaponiyanın Kioto şəhərində BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 14-cü Konqresi keçirilir. Ədliyyə Nazirliyindən verilən məlumata görə, tədbirdə əzəli torpaqlarımızın 30 illik erməni işğalından azad olunduğu, təcavüzkar düşmənin törətdiyi müharibə cinayətləri iştirakçıların diqqətinə çatdırılıb. İşğal dövründə torpaqlarımızın yerlə-yeksan edildiyi, o cümlədən həmin ərazilərin qeyri-qanuni iqtisadi fəaliyyət, narkotrafik və digər cinayət əməlləri üçün istifadə olunması qeyd edilib. Konqres iştirakçılarının diqqətini cəlb edən bu əsaslı ittihamlardan yayınmaq istəyən Ermənistan tərəfi ölkəmiz və Türkiyə ilə bağlı uydurma fikirlər söyləyib, lakin Azərbaycan nümayəndə heyətinin tutarlı dəlilləri ilə onların yalanları tam ifşa olunub. Konqres zamanı qlobal cinayətkarlıqla mübarizə üzrə səylərin gücləndirilməsinə yönəlmiş Kyoto Bəyannaməsi qəbul olunub. 5 illik proqram xarakterli mühüm sənəddə Azərbaycanın təkliflərinə əsasən milli maraqlarımıza cavab verən bir sıra müddəalar əksini tapıb.