• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 725
— 04.03.2021 11:50

Füzuli rayonunun Qaradağlı kəndi

KepezTV Player

Füzuli rayonunun Qaradağlı kəndi. Məlumata görə, yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranıb. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından alıb. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Füzuli rayonu Qaradağlı kəndi 14 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azadl olunub.