• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1622
— 27.02.2021 21:47

Tarixin yadigarı - Xan bağı

KepezTV Player

İndi elə bir məkandan söhbət açacağıq ki, o məkan ölkənin, xüsusən də Gəncənin ən sevilən, ən çox gəzilən yerlərindən biridir. Söhbət bitkilərinin çoxluğuna, havasının təmizliyinə görə fərqlənən “Xan bağı”ndan gedir. 5 əsrlik tarixə şahidlik edən bu parkı  bol oksigen ehtiyatına görə şəhərin “ağciyəri” də adlandırmaq olar.

“Xan bağı” - Azərbaycanın və ümumilikdə Qafqazın ən qədim parklarından biridir.Tarixi mənbələr bu bağın 1582-ci ildə salındığını yazırlar.

Məzahir Həsənov parkın əməkdaşı: Xan Bağı parkı XVI əsrdə Osmanlı Sultanı Fərhad Paşa tərəfindən salınmışdı. Onun əsas fəaliyyəti sonrakı fəaliyyəti Cavad xanla bağlıdır. 1847-ci ildə parkın adı dəyişdirilmiş, Sərdar bağı adlandırılmışdır. 1860-cı ildə Tiflisdən, Kırımdan bura ağaclar xeyli kol bitkiləri gətirilib, burda salınmışdı. Bura park status verilmişdir, Xan bağının onda sonrakı statusu, yaxşı inkişafı 1932-ci ildən sonra başlamışdır. İnsanların bura gəlib dincəlməsi, istirahət etməsi bu günkü günə qədər bu parkda davam edir.

Sərv ağacı, Pitsunda və Krım şamları,  müxtəlif növ ağ şamlar, Pekelman küknarı, atlas sidri, Şərq tuyası, Qafqaz palması və digər qiymətli həmişəyaşıl ağac və kol cinsləri parka xüsusi gözəllik verir. Parkda olan enliyarpaq ağaclar da müxtəlif və rəngarəngdir.

Zaur Həsənov ADAU-nun professoru:Burda olan agacların sayı həddindən artiq çoxdur. İndi tanış olaq onlarlın bəziləri ilə. Həm yerli həm də gəlmə ağacların özləri ilə. Yerli ağacların əksəriyyəti iynə yarpaqlardan başlamış olsaq, sərvdi, müxtəlif tipli sərvlər.Həm horizontal sərv həmdə primadal sərv var burda.Enli yarpaqlılardan ən çox Gəncənin simvolu olan xan çinardir.Onlar həddən artıq möhtəşəm qürurlu ağaclar sırasına daxil olur.

Burada çox qədimdən özünəməxsus şəhərsalma planı var. Ümumi sahəsi 5 hektara qədər olan park tərkibinə və orada bitən ağac və kol cinslərinin növ zənginliyinə görə Azərbaycanda yeganə və əvəzsizdir. Parkda bir çox nadir tapılan, nəsli kəsilməkdə ADAU-nun professoruolan ağac cinsləri var. Ağacların növ tərkibi yerli cinslər hesabına artırılıb.

Zaur Həsənov ADAU-nun professoru:Himalay sidri çox gözəl görkəmlidir.Xırda iynə yarpaqları olur lakin bu iynə yarpaqlar həddən artıq çox xırda topa şəklində gümüşvarə rəngdə olur və çox gözəl ağaclar sırasındadırlar.Dəfnə albalı lavrovişniya deyirler buna. Lavro serasus ofisinaris.Bu defne albalının xüsusiyyəti onda ibarətdir ki, həmişəyaşıl yarpaqlarla örtülmüş olur.Dəriləşmiş gözəl yarpaqları olur.Baxın bu kağız ağacıdır, “bumejnaya derovo” da deyilir.Tarixən bunun qabığından kağız istehsal olunub, ona görə də kagız ağacı deyilir.At şabalıdı ağacı.Bu meyvələridir, bu qərzəyidir.bunun içərisində olur.Çox möhtəşəm hündür boylu ağaclar olur bunlar, hündür boylu.

Park şəhərin havasının saf qalmasında, yay mövsümündə qızmar günəşin, qışda soyuq küləklərin qarşısının alınmasında müstəsna rol oynayır.