• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 935
— 27.02.2021 21:43

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoyulmalıdır

KepezTV Player

10 noyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında bütün hərbi fəaliyyətlərin dayandırılmasını özündə ehtiva edən birgə bəyanatın imzalanmasından sonra Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq insan hüquqlarının əsas prinsiplərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində hərbi xidmət üçün göndərilməsi hallarına rast gəlinir. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin yaydığı məlumatda bildirilir. Ermənistanda fəaliyyət göstərən beynəlxalq media agentliklərinin məlumatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin aldadılaraq və ya zorla məcbur edilərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsində hərbi fəaliyyətlərə cəlb edildiyi, bunun həm hərbçilərin həm də onların ailələrinin etirazına səbəb olduğu bildirilir. Məlumatlarda hərbçilərin valideynlərinin açıq şəkildə öz övladlarını Azərbaycan ərazisində hərbi xidmətə cəlb olunmasına etiraz etdikləri, Ermənistan hərbçilərinin “Laçın dəhlizi”ndən gizli şəkildə keçirilərək Azərbaycan Respublikasının ərazilərinə zorla yerləşdirilməklə onların həyatlarının risk altına qoyulduğu, onların işgəncə və qeyri-insani rəftara məruz qaldıqları öz əksini tapır.Azərbaycan tərəfi Ermənistandan özünün silahlı qüvvələrini qanunsuz şəkildə Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb edir və beynəlxalq ictimaiyyəti Ermənistanın bu cür təxribatçı hərəkət və fəaliyyətlərə son qoyması üçün zəruri tədbirlər görməyə çağırır.