• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1624
— 27.02.2021 11:35

Azad edilmiş ərazilərdə "ağıllı" xidmətlərlə bağlı açıqlama

KepezTV Player

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Ağıllı şəhər" konsepsiyası ilə əlaqədar araşdırmalar sahəsində beynəlxalq ekspert şirkətləri ilə işləyir. Nazirlikdən verilən məlumata görə,araşdırmalar başa çatdıqdan sonra "Ağıllı şəhər" xidmətləri üçün prioritet sahələr müəyyənləşdiriləcək.Eyni zamanda nazirlik müvafiq dövlət strukturları ilə işğaldan azad edilmiş ərazilərdə "ağıllı" xidmətlərin tətbiqi ilə bağlı məslhətləşmələr keçirir: "Hazırda bəzi "ağıllı" xidmət avadanlıqları mərkəzi platformaya mobil və ya stasionar rabitə operatorlarının vasitəsilə qoşula bilər".Nazirlik tərəfindən "ağıllı şəhər"in tikintisinin texniki və texnoloji tərəflərini, onun gələcək inkişafında rol alacaq müvafiq dövlət strukturlarını əks etdirən strategiya hazırlanır.