• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1322
— 19.02.2021 19:05

Qarabağdan qanunsuz silah aparan həbs edilib

KepezTV Player

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Qarabağda silah ticarəti ilə məşğul olmuş şəxsi saxlayıb. Müharibə dövründə növbəti dəfə qanunsuz silah əldə edilməsi, saxlanılması və ticarəti üzə çıxıb. İstintaq saxlanılan şəxsin Cəbrayıl rayonunda döyüş əməliyyatında iştirak etdiyi zaman qanunsuz olaraq 45 avtomat, güllələrlə dolu 8 tapança darağı, ov silahları və ona aid patronlar, qumbaralar əldə etdiyini müəyyən edib. Həmin şəxs əldə etdiyi bütün silah-sursatı Syünik vilayətinin Tex kəndinə gətirərək öz tanışıgildə gizlədib. Müəyyən olunub ki, o, silah-sursatların bir hissəsini satmaq niyyətində olub. Və məqsədlə iki “Kalaşnikov” avtomatını öz tanışlarına sata bilib.