KepezTV Player
Xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları hansısa vətəndaşın cərimə edilməsində maraqlı deyil. Yetər ki, vətəndaşlar tibbi maskadan düzgün istifadə etsinlər. Maska ilə bağlı əhaliyə müraciət edən polis hər bir vətəndaşı qaydalara əməl etməyə çağırır. Pandemiya şəraitində hər bir şəxs izolyasiya qaydalarına, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına əməl etməlidir. Bu dövrdə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərə əməl edilməsi vətəndaşların sağlamlığına xidmət edir.
- Baxış: 394