• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1563
— 17.02.2021 15:09

Qar oyunu yarımçıq dayandırdı

KepezTV Player

Azərbaycan çempionatının I Divizionunun “Turan Tovuz” – “Sumqayıt-2” oyunu yarımçıq dayandırılıb. XIII turun görüşünün başa çatdırılmasına hava şəraiti mane olub.Güclü qar yağdığı üçün qarşılaşma ikinci hissənin əvvəlində, daha dəqiq desək 51-ci dəqiqədə saxlanılıb. Hakimlər, hakim-inspektor və AFFA nümayəndəsi görüşün taleyi ilə bağlı yığıncaq keçirib. Yekun qənaətə əsasən, görüş bu gün baş tutmayacaq. Qarşılaşma sabaha təyin olunub və saat 12:30-da qaldığı yerdən davam etdiriləcək. Oyun dayandırılarkən hesab 0:0 olub.