• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1476
— 12.02.2021 19:37

Avtomobillərə pərdə, jalüz və plyonka çəkilməsi ilə bağlı yenilik

KepezTV Player

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclasında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə edilib. Səsverməyə qoyulan dəyişiklik ikinci oxunuşda qəbul olunub. Təklif edilən dəyişikliklərə əsasən, sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır. Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılır.

Milli Məclisin plenar iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin - pərdə, jalüz və plyonka çəkilməsi qaydasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilir. Dəyşiklik ikinci oxunuşda qəbul olunub.

Azərbaycanda dayanma və ya durma qaydalarının pozulması görə gün ərzində təkrar cərimə ləğv edilir. Bununla bağlı məsələ İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Dəyşiklik Milli Məclisdə müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Azərbaycanda avtoxuliqanlığa görə cəzalar dəyişdirilir. Parlamentdə müzakirəyə çıxarılan dəyişikliyə əsasən, avtoxuliqanlıq hallarının törədiləməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.