• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1674
— 12.02.2021 16:26

“Gəncə aeroportunun adı dəyişdirilərək, ona Nizami Gəncəvinin adı verilsin”

KepezTV Player

“Gəncə aeroportunun adı dəyişdirilərək, ona Nizami Gəncəvinin adı verilsin”. Bu təkliflə millət vəkili Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib. Moskva-Bakı reysinin açıldığına diqqət çəkən deputat Gəncə-Moskva, Gəncə-İstanbul reyslərinin açılmasını da təklif edib. Naqif Həmzəyev digər məsələlərə də toxunub. "Gəncədə kanalizasiya tikintisi öz həllini tapmır. Əksinə, bununla bağlı işlər Gəncədəki yollara böyük ziyan vurub. “Azərsu” bu problemlə əlaqədar Gəncə əhalisinə hesabat versə, yaxşı olar”, - deyə vurğulayıb.