• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1728
— 12.02.2021 15:20

Türkiyənin ilk pilotsuz silahlı qayığı suya buraxılıb

KepezTV Player

Türkiyənin istehsal etdiyi ilk pilotsuz silahlı qayıq suya buraxılıb. "Meteksan Savunma" şirkəti tərəfindən hazırlanan qayıq saatda 65 kilometr sürətlə 400 kilometr məsafə qət etmək iqtidarındadır. Pilotsuz silahlı qayıq kəşfiyyat, müşahidə, suüstü qarşıdırma, silahlı müşayiət kimi vəzifələri icra etmək üçün nəzərdə tutulub. 4 lazerli raket və 2 lazerli uzunmənzilli tank əleyhinə raket sistemi ilə təchiz olunub. Yaxın zamanlarda qayığın seriyalı istehsalına başlanması planlaşdırılır.